TASS: Rusiya nümayəndə heyəti İstanbula gəlib

Dünya

01.06.2025 21:45

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-də keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda böhranın əsas səbəblərini aradan qaldırmağın bütün aspektləri üzrə Ukraynaya memorandum təqdim etməyə hazırdır. Ukraynanın müdafiə naziri və danışıqlarda nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, Kiyev Rusiya tərəfi ilə görüşün “əleyhinə deyil”, lakin başlamazdan əvvəl Moskvadan memorandum gözləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu tələbi qeyri-konstruktiv adlandırıb. O vurğulayıb ki, hazırda əsas məsələ birbaşa danışıqlar prosesini davam etdirməkdir.

Töhfə Səməd

tag: Rusiya ,Ukrayna,Nümayəndə,Heyət,İstanbul,todaypress.tv,