Tailand-Kamboca sərhədində gərginlik artdı: Ölənlər var - YENİLƏNDİ

Dünya

24.07.2025 12:08

Kamboca tərəfindən endirilən zərbələr nəticəsində Tailandda 12 nəfər həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi Tailandın səhiyyə nazirinə istinadən məlumat yayıb.

Bildirilib ki, həlak olanlardan 11-i mülki şəxs, 1-i isə hərbçidir.

Töhfə Səməd

***

09:15

Tailand Kamboca ordusuna qarşı mümkün hərbi əməliyyatlar üçün sərhəd bölgəsinə "F-16" tipli döyüş təyyarəsi yerləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Kamboca rəsmiləri isə döyüş təyyarəsindən iki bomba atıldığını açıqlayıb.

Hadisə bölgəsində vəziyyətin gərgin olduğu, hər iki ölkənin sərhəd qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyi bildirilib. Məsələ ilə bağlı rəsmi açıqlamalar gözlənilir.

Töhfə Səməd

tag: Tayland,Kamboca,F-16,Bomba,Todaypress.tv,