Stubb Tramp və Zelenski ilə telefon danışığı apardı

Dünya

04.06.2025 18:20

Finlandiyanın prezidenti Aleksandr Stubb ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X"da yazıb.

“Bu gün Donald Tramp və Volodimir Zelenski ilə telefon danışığı apardım. Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirdiyi bir vaxtda Avropa öz birliyini qoruyur. Müharibə dayandırılmalıdır. Ukrayna danışıqlarda konstruktiv mövqe nümayiş etdirir. Rusiya üzərində təzyiqin artırılması üçün həm ABŞ Konqresi, həm də Avropa İttifaqı tərəfindən daha sərt sanksiyalar tətbiq olunmalıdır. Senator Lindsi Qrem və Riçard Blumenthala göstərdikləri səylərə görə təşəkkür edirəm”, - deyə Stubb paylaşımında qeyd edib.

Töhfə Səməd

tag: Finlandiya,Aleksandr Stubb,ABŞ , Donald Tramp ,Ukrayna , Volodimir Zelenski ,todaypress.tv,