Stepaşin: "Putin və Trampın səlahiyyətləri müqayisəedilməzdir"
Dünya
16.07.2025 10:13
Rusiya Federasiyasının sabiq Baş naziri Sergey Stepaşin hesab edir ki, ABŞ-də “dərin dövlət”in mövcudluğu səbəbindən Donald Trampla Vladimir Putinin prezidentlik səlahiyyətləri bir-biri ilə müqayisə edilə bilməz.
TodayPress TV xəbər verir ki, bu barədə Stepaşin “RİA”ya verdiyi açıqlamada danışıb.
O bildirib ki, hər iki lider ölkələrinin milli maraqlarını üstün tutsa da, onların təsir imkanları eyni səviyyədə deyil:
“ABŞ-də "dərin dövlət" var… Trampın səlahiyyətləri ilə Vladimir Putinin səlahiyyətləri müqayisəolunmazdır. Bu barədə açıq danışmalıyıq".
Stepaşin, həmçinin, Trampın növbəti prezident seçkilərinə hazırlaşmalı olduğunu qeyd edib və Respublikaçı partiyanın fəaliyyətini davam etdirəcəyinə ümid etdiyini bildirib.
Qiymət Mahir
tag: Rusiya ,Sergey Stepaşin ,ABŞ,Vladimir Putin,Todaypress.tv,