Pavel: “Trampın danışıqlardan çıxması Kremlə “hədiyyə” olacaq”

Dünya

21.05.2025 14:54

5

ABŞ prezident Donald Trampın rəhbərliyi ilə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlardan çıxması Kremlin xeyrinə olacaq. 

TodayPress TV “Euractiv”ə istinadən xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel danışıb.

Pavel qeyd edib ki, Trampın bəyanatlarını müəyyən dərəcədə “məyusluğun təzahürü” kimi qəbul edir:

“Çünki hadisələr onun gözlədiyi kimi getmir. O ümid edirdi ki, Rusiya prezidenti Putinlə tez bir razılıq əldə edə, Ukraynada sülh elan edə və Rusiya ilə iqtisadi əlaqələri bərpa edə bilər”.

Çexiya lideri bildirib ki, Rusiya bilərəkdən atəşkəslə bağlı memorandum hazırlığı bəhanəsi ilə danışıqları uzadır. Onun fikrincə, Avropa Birliyi Rusiyanı danışıqlar masasına oturtmaq üçün güclü və birlikdə təzyiq göstərməlidir.

“Düşünürəm ki, nəhayət, ABŞ-dəki müttəfiqlərimizlə ciddi söhbət zamanı yetişib. Rusiyanın doğrudan da təsirini hiss edəcəyi iqtisadi və maliyyə tədbirləri planlaşdırılmalıdır” deyə Pavel vurğulayıb.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Ukrayna,Çexiya ,todaypress.tv,