Slovakiya Aİ-nin 18-ci sanksiya paketinə razılıq verdi

Dünya

18.07.2025 12:25

Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiya paketini bloklamaqdan imtina edib və sənədə razılıq verib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Daha əvvəl yeni sanksiyaların qəbulunu bir neçə dəfə əngəlləyən Bratislava Avropa Komissiyasının verdiyi zəmanətlərdən sonra mövqeyini dəyişib. Slovakiya tərəfinə sanksiyaların, xüsusən də Rusiya qazının tam qadağan olunması halında, ağır iqtisadi və maliyyə nəticələrə səbəb olmayacağına dair təminatlar verilib.

Bildirilib ki, Slovakiya Baş naziri Robert Fitso ümumi sanksiya paketini bloklaya bilsə də, Rusiya qazına embarqo kimi ayrıca qərarların qəbulunda çoxluq prinsipi tətbiq olunduğundan bu məsələni təkbaşına əngəlləyə bilməyəcək.

Xatırladaq ki, 17 iyulda Fitso bəyan etmişdi ki, Slovakiya yeni sanksiya paketinin qəbuluna mane olmayacaq.

Qiymət Mahir

tag: Slovakiya ,Avropa İttifaqı,Rusiya,Bratislava ,Todaypress.tv,