Fici dəniz mühafizəsini gücləndirir

Dünya

27.05.2025 16:12

Fici Respublikasının Dəniz Donanması ölkənin okean ərazilərinin qorunması və dəniz mühafizə zonasının genişləndirilməsi istiqamətində hökumətə dəstəyini artırır.

TodayPress TV xəbər verir ki, bu barədə Fici Dəniz Donanmasının komandiri Timoci Natuva Fiji “Broadcasting Corporation” kanalına açıqlamasında bildirib.

O deyib ki, donanma ölkə sularının 30 faizinin Dəniz Qorunan Zonalar (Marine Protected Areas) elan olunması hədəfinə çatmaq üçün digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

Lautoka və Vanua Levu bölgələrində yerləşən irəli əməliyyat bazalarından polis, balıqçılıq və gömrük orqanları ilə birlikdə fəaliyyət göstərilir. Müvafiq qurumlara məxsus katerlərdən istifadə olunur, Dəniz Qüvvələri isə personal və yanacaq təminatını öz üzərinə götürür.

Qiymət Mahir

tag: Fici ,Dəniz Donanması,Fici Respublikası,Dəniz mühafizəsi,todaypress.tv,