Malayziya nüvə enerjisi ilə bağlı qərarın tarixini açıqladı
Dünya
06.08.2025 11:01
Malayziya hökuməti ölkədə nüvə enerjisindən istifadə ilə bağlı yekun qərarı yalnız 2030-cu ildən sonra verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın Baş nazirinin müavini, enerji keçidi və su təsərrüfatı naziri Fadillah Yusif məlumat verib.
Nazirin sözlərinə görə, Malayziya artıq Rusiya, ABŞ, Fransa, Cənubi Koreya və Çin daxil olmaqla bir sıra ölkələrlə texnoloji və tənzimləyici əməkdaşlıq imkanlarını araşdırır.
Bundan əvvəl iyulun 10-da Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən və ABŞ dövlət katibi Marko Rubio nüvə enerjisi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Sənəd, ABŞ kommersiya şirkətlərinin iştirakı ilə dinc nüvə enerjisi üzrə birgə layihələrə başlamaq imkanı yaradır.
Türkan İsgəndərli
tag: Malayziya,Nüvə,Texnologiya,ABŞ,Todaypress.tv,