Si Cinpin ABŞ dövlətini Çinə qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırdı

Dünya

05.06.2025 22:50

Cenevrə ticari-iqtisadi danışıqlarından sonra ABŞ Çini məhdudlaşdıran neqativ tədbirləri ləğv etməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib.

“Cenevrə danışıqlarından sonra Çin əldə olunmuş razılaşmanın müddəalarını ciddi şəkildə həyata keçirdi, ABŞ əldə olunan irəliləyişi real qiymətləndirməli və Çinə qarşı görülən mənfi tədbirləri aradan qaldırmalıdır”, - Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib.

Onun sözlərinə görə, Çin-Amerikaa münasibətlərinin gedişatını düzəltmək üçün sükanı düzgün tutmaq və istiqaməti düzgün təyin etmək, eləcə də hər cür maneələri və pozuntuları aradan qaldırmaq lazımdır.

Daha əvvəl Tramp söhbətin ardınca sosial şəbəkədə ABŞ və Çinin yaxın vaxtlarda ticarət razılaşması ilə bağlı görüş keçirəcəyini yazmışdı.

tag: Çin, ABŞ, Tramp, Amerika, todaypress.tv,