Serbiya Prezidenti aksiyaçıları ictimai debata dəvət etdi
Dünya
22.08.2025 19:00
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyaların iştirakçılarını kameralar qarşısında ictimai debata dəvət edib.
TodayPress TV xəbər verir ki, Aleksandar Vuçiç Serbiyanın problemlərini zorakılıqla deyil, demokratik dialoq yolu ilə həll etməli olduğunu bildirib.
O, tələbə blokadası hərəkatının nümayəndələrini söhbətə və ictimai müzakirəyə dəvət edib. “Blokada hərəkatının nümayəndələrini söhbətə, gələcək planlarımızı və proqramlarımızı müzakirə etməyə və birlikdə küçələrimizdəki zorakılığı pisləmək üçün ictimai müzakirəyə dəvət edirəm”, - deyə Serbiya Prezidenti vurğulayıb.
Qeyd edək ki, 2024-cü il noyabrın 1-də Novı Sad şəhərindəki dəmir yolu vağzalında 16 nəfərin ölümü ilə nəticələnən qəzaya görə əsasən tələbələrdən ibarət qruplar ölkə üzrə aksiyalar keçirirlər. İndiyədək paytaxt Belqradda, eləcə də müxtəlif bölgələrdə 15 minədək blokada və etiraz aksiyası keçirilib.
tag: Serbiya,Vucic,Debat,Dəvət,Todaypress.tv,