"Samsung" yeni yeniləmə yayımladı
“Samsung” şirkəti may ayı üçün təhlükəsizlik yeniləməsini “Galaxy S23” seriyasına təqdim edib və “Android 15” əsaslı “One UI” interfeysinin yayımını daha çox büdcə modelinə genişləndirib.
TodayPress TV xəbər verir ki, “iXBT” portalının məlumatına görə, “Galaxy S24” seriyasından sonra “Galaxy S23”, “S23 Plus” və “S23 Ultra” modellərinin Avropa versiyaları da may yeniləməsini (S91xBXXS8DYDB) almağa başlayıb.
Bu proqram paketi onlarla təhlükəsizlik boşluğunu aradan qaldırır.
Bununla yanaşı, Samsung “Android 15” bazasında qurulan “One UI” interfeysinin yayımını büdcə seqmentinə də şamil edir. Artıq “Galaxy A73” və “Galaxy M54” modelləri üçün 3.7 GB həcmində yeni proqram təminatı təqdim olunub. Bu paket həm də “Android”in may təhlükəsizlik yaması ilə təchiz olunub və cihazı müasir kibertəhdidlərə qarşı qoruyur.
Yeniləmələr artıq tədricən yayılır. “Samsung” istifadəçilərinə cihaz ayarlarında proqram təminatının yeni versiyasının mövcudluğunu yoxlamaq tövsiyə olunur.
Qiymət Mahir
tag: Samsung,Galaxy A73,Galaxy M54,Android,todaypress.tv,