Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin sənədi dərc edildi
Dünya
20.05.2025 15:24
Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Rusiya Federasiyasına qarşı 17-ci sanksiya paketini rəsmən təsdiqləyiblər.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yeni sanksiyalar çərçivəsində 17 fiziki və 58 hüquqi şəxs Aİ-nin qara siyahısına daxil edilib.
Sanksiya tətbiq olunan fiziki şəxslər arasında bunlar var:
“Xersones Tavriçeski” muzey-qoruğunun direktoru Yelena Morozova
“KAMAZ” şirkətinin rəhbəri Sergey Kogogin
“Elektрон” Mərkəzi Elmi-Tədqiqat İnstitutunun baş direktoru Aleksey Vəzinikov
Milli Tədqiqat Energetika İnstitutunun (MƏİ) rektoru Nikolay Roqalev
Sanksiyaya məruz qalan şirkətlər sırasında isə bunlar qeyd olunub:
“Rostex” dövlət korporasiyasına daxil olan “Stan” dəzgahqayırma holdinqi
Gəmiçilik sahəsində fəaliyyət göstərən “Volqa Paroxodçuluğu” şirkəti
Optik lif texnologiyası əsasında dron istehsal edən “Knyaz Vandal Novqorodski” – NPTs “Uşkuynik”
Qızıl hasilatı ilə məşğul olan “Atlas Mining” şirkəti (əvvəlki adı Petropavlovsk)
Bundan əlavə, Avropa İttifaqı insan hüquqlarının pozulmasında iştirak etdikləri iddiası ilə Rusiyada fəaliyyət göstərən 28 hakim və istintaqçını da sanksiya siyahısına daxil edib.
Aİ rəsmiləri bildiriblər ki, bu addımlar Rusiyanın beynəlxalq hüququ pozan hərəkətlərinə qarşı təzyiq tədbirləri çərçivəsində atılır.
Töhfə Səməd
tag: Avropa İttifaqı,XİN,Rusiya,Sanksiya,todaypress.tv,