Dağıstanda limana dron hücumu: Yanğın başladı - VİDEO
Sentyabrın 10-na keçən gecə Rusiyanın Dağıstan Respublikasının Mahaçqala limanına dron hücumu edilib və nəticədə yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb. Məlumatda hücumun Xəzər dənizindəki neft yataqları ilə əlaqəli ola biləcəyi qeyd olunub.
Rusiya hakimiyyəti hələlik hücum və onun nəticələri ilə bağlı rəsmi açıqlama verməyib.
Mahaçqala limanı Xəzər dənizində Rusiyanın buz bağlamayan yeganə dərin sulu limanı hesab olunur. Liman ilboyu fəaliyyət göstərir və maye, quru və konteyner yüklərinin daşınmasında mühüm rol oynayır.
Qeyd edək ki, sentyabrın 9-da Soçiyə də pilotsuz dəniz qayıqları ilə hücum edildiyi barədə məlumat yayılmışdı. Hücum nəticəsində sahildə yanğın baş verdiyi bildirilmişdi.
Yerli mənbələr daha əvvəl Soçiyə dəniz dronları və PUA-larla birgə hücum edildiyini də açıqlamışdı.
Türkan İsgəndərli