Rusiya və Oman arasında vizasız rejim qüvvəyə minir
Dünya
09.07.2025 17:42
Rusiya və Oman arasında qarşılıqlı vizasız rejim haqqında saziş iyulun 18-dən etibarən qüvvəyə minəcək.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Müqaviləyə əsasən, Rusiya vətəndaşları Omana hər səfərdə 30 günə qədər vizasız daxil ola və qala bilərlər, əgər səfərin məqsədi daimi yaşayış, təhsil və ya iş icazəsi tələb edən fəaliyyət deyilsə. Xarici İşlər Nazirliyi əlavə edib ki, təqvim ili ərzində ümumi qalma müddəti 90 günü keçməməlidir.
Eyni şərtlər Oman vətəndaşlarına da Rusiyaya səfər zamanı tətbiq ediləcək.
Xatırladaq ki, iyunun 7-də Oman sultanı Heysəm bin Tariq Əl Səid Rusiyadan gələn turistlər üçün giriş qaydalarını yüngülləşdirən fərman imzalayıb və bununla da qarşılıqlı vizasız rejim haqqında sazişi ratifikasiya edib.
Saziş 2025-ci il aprelin 22-də Rusiya prezidenti Vladimir Putin və Oman sultanı arasında aparılan danışıqlardan sonra imzalanıb. Bu addım iki ölkə arasında turizm və iqtisadi əlaqələrin daha da genişlənməsinə təkan verməyi hədəfləyir.
Türkan İsgəndərli
tag: Rusiya,Oman,Viza,Qətər,Todaypress.tv,