Lavrov: “Tramp səylərinə Avropanın mane olmasından narazıdır”
“ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı səylərinə bir qrup avropalı siyasətçinin mane olmasından ciddi narazılıq hiss edir”.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “RİA” ya açıqlamasında bildirib.
“Tramp görür ki, onun sülh təşəbbüslərini bəzi Avropa dairələri sabotaj edir. Onlar Ukraynanı düşünülməmiş addımlara — Moskvaya və digər şəhərlərimizə PUA hücumları, hətta Rusiya prezidentinin helikopterinə hücum kimi hərəkətlərə sövq edirlər. Təbii ki, bu, Trampda müəyyən emosiyalar yaradır”, – deyə Lavrov qeyd edib.
Nazir əlavə edib ki, əsas məqsəd ritorikaya deyil, nəticəyə fokuslanmaqdır:
“Əsas odur ki, Avropa sülhə aparan prosesi sabotaj etməyi dayandırsın. Bu prosesi ABŞ, Türkiyə və Rusiya dəstəkləyir”.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Ukrayna,Rusiya ,todaypress.tv,