Rusiya-Ukrayna cəbhəsində robot döyüşləri artır

Dünya

13.10.2025 09:21

PUA-lar Rusiya-Ukrayna cəbhəsində üstünlük qazanıb, yerüstü robotlardan istifadə artır.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya–Ukrayna müharibəsində pilotsuz uçuş aparatları ncəbhə xəttində üstünlük təşkil edir və onların “kölgəsində” hər iki tərəf yerüstü robot sistemlərindən geniş istifadə edir.

“Forbes”in məlumatına görə, PUA-ların aktiv istifadəsi nəticəsində cəbhədə təmas xəttindən təxminən 25 km dərinliyə çata bilən qondarma “ölü zona” formalaşıb.

Bu şəraitdə maddi-texniki təminatın ön cəbhəyə çatdırılması zamanı canlı itkiləri azaltmaq məqsədilə dronlar və yerüstü robot sistemlərindən istifadə edilir. Dronlar həm sursat və təchizat daşıyan nəqliyyata hücumlarda, həm də düşmənin nəzarətində olan kənd və qəsəbələrin nəzarət altına alınmasında effektiv olub.

Hər iki tərəf bu imkanlardan istifadə edərək qarşı tərəfin mövqelərini zəiflətməyə çalışır.

Jalə Rövşən

TodayPress TV

tag: Rusiya–Ukrayna müharibəsi,Pilotsuz Uçuş Aparatları (PUA),Yerüstü robotlar,Cəbhə,Todaypress.tv,