NATO müttəfiqləri Ukraynada qoşun yerləşdirmək istəmir
Dünya
02.09.2025 14:30
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Avropa ölkələrinin Ukraynada öz hərbçilərini yerləşdirmək niyyətində olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, bu məsələ indiki mərhələdə ciddi məyusluq doğurur, çünki Avropada müharibəni dayandırmaq üçün siyasi iradə yoxdur.
Ukrayna Prezidenti Volodimir Zelenski isə təhlükəsizlik təminatlarının əsas komponentlərindən birinin Avropa İttifaqına üzvlük olduğunu qeyd edib. O, sentyabrın 4-də “qərarlılar koalisiyası”nın iclasının keçiriləcəyini açıqlayıb və Monteneqro ilə söhbətində Portuqaliyanın da bu prosesdə iştirak edəcəyinə ümidini ifadə edib.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də Ukraynanın təhlükəsizliyi ilə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, ölkənin ilk müdafiə xətti güclü Ukrayna ordusudur, ikinci isə ABŞ dəstəyi ilə formalaşan çoxmillətli koalisiyadır. Fon der Lyayen hesab edir ki, Avropa İttifaqı müdafiə sahəsinə ciddi sərmayə qoymalı, sərhədləri qorumağa, hərbi potensialı artırmağa və əsgərlərin hazırlığına xüsusi diqqət yetirməlidir.
Qiymət Mahir
tag: ABŞ,NATO,Avropa , Ukrayna,Zelenski ,Todaypress.tv,