Rusiya: NATO “kölgə donanması”na qarşı təxribat hazırlayır

Dünya

04.08.2025 16:45

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniya xüsusi xidmət orqanlarının NATO müttəfiqləri ilə birlikdə Rusiya neftini daşıyan “kölgə donanması”na qarşı genişmiqyaslı əməliyyat planlaşdırdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə SVR-in mətbuat bürosu məlumat yayıb.

Bildirilir ki, Britaniya kəşfiyyatı beynəlxalq sularda süni ekoloji fəlakət təşkil edərək rezonans doğuracaq insident yaratmağa çalışır.

Rusiya tərəfinin məlumatına görə, sözügedən planın məqsədi bir və ya bir neçə neft tankerinin iştirakı ilə sabotaj təşkil etmək, bunun nəticəsində isə Rusiya neft daşımalarını bütün beynəlxalq gəmiçiliyə təhlükə kimi təqdim etməkdir. SVR xəbərdarlıq edib ki, bu ssenari Qərb dövlətlərinə istənilən “şübhəli” gəmini saxlayıb NATO ölkələrinin limanlarına müşayiət etmək imkanı verə bilər.

Qiymət Mahir

tag: Rusiya ,SVR,Böyük Britaniya ,NATO ,Todaypress.tv,