Rusiya ilk qoşun qrupunu geri qaytardı

Dünya

09.06.2025 18:30

Rusiya və Ukrayna arasında 2 iyun tarixində İstanbulda əldə olunan razılaşmalara əsasən, 9 iyun tarixində 25 yaşa qədər olan ilk Rusiya hərbçi qrupu Ukraynadan geri qaytarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“9 iyun tarixində İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq, Kiyev tərəfinin nəzarətində olan ərazilərdən 25 yaşa qədər olan ilk rus hərbçiləri geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda əsiri qarşı tərəfə təhvil verilib”.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, hazırda geri qaytarılan rus hərbçiləri Belarus Respublikasının ərazisində yerləşdirilib və onlara lazımi tibbi və psixoloji yardım göstərilir. Nazirlik həmçinin vurğulayıb:

“Bütün hərbçilər sonradan Rusiya Federasiyasına gətiriləcək və burada müalicə və reabilitasiya kursu keçəcəklər”.

Töhfə Səməd

tag: Rusiya ,Ukrayna,İstanbul,Əsir,todaypress.tv,