Dünya Bankı yoxsulluq meyarını 3 dollara qaldırdı
Dünya
10.06.2025 15:15
Dünya Bankı beynəlxalq yoxsulluq həddini yeniləyərək onu adambaşına gündəlik 3 ABŞ dolları səviyyəsinə yüksəldib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilir.
Bu dəyişiklik 2024-cü ilin mayında yeni Alıcılıq Qabiliyyəti Paritetləri (AQB) göstəricilərinin dərcindən sonra həyata keçirilib. AQB fərqli ölkələrdəki qiymət səviyyələrini nəzərə alaraq müxtəlif valyutaların müqayisəli vahidə çevrilməsini təmin edən əsas göstəricidir.
Təşkilatın rəsmi açıqlamasında bildirilir ki, 2017-ci il AQB-si ilə hesablanan əvvəlki 2,15 dollar həddi əvəzinə yeni yoxsulluq meyarı 3,00 ABŞ dolları olaraq müəyyən edilib. Bu da o deməkdir ki, gündəlik gəliri 3 dollardan az olan hər bir şəxs “ekstremal yoxsulluq” şəraitində yaşayır.
2022-ci ilin məlumatlarına əsasən, dünyada təxminən 838 milyon insan bu kateqoriyaya daxil olub.
Qiymət Mahir
tag: Dünya bank,Yoxsulluq,Dollar,AQB,todaypress.tv,