Rumıniyada prezident seçkilərinin ləğvi ilə bağlı vəsatət rədd edildi
Dünya
22.05.2025 12:42
Rumıniyanın Konstitusiya Məhkəməsi millətçi "Rumınların Birləşməsi Alyansı"nın lideri Ciorci Simionun ölkədə keçirilən prezident seçkilərinin ləğvi ilə bağlı tələbini rədd etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RİA" müvafiq bəyanata istinadən məlumat yayıb.
Siyasətçi may seçkilərinin saxtalaşdırıldığını və xarici dövlətin təsiri altında olduğunu iddia edib.
Xatırladaq ki, 2025-ci il mayın 18-də keçirilən səsvermənin ikinci turunda Rumıniyada prezident seçkilərinin ləğvi ilə bağlı Simionun vəsatətinin müzakirəsindən sonra ölkənin Konstitusiya Məhkəməsi yekdilliklə onun ərizəsini əsassız sayaraq rədd edib.
Bu məhkəmənin qərarının qəti olduğu və Mərkəzi Seçki Bürosuna bildiriləcəyi deyilib.
Qeyd edək ki, mayın 18-də Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib və qələbə Buxarest meri Nikusor Dana çatıb.
Töhfə Səməd
tag: Rumıniya,Konstitusiya Məhkəməsi,Ciorci Simion,Nikusor Dan,todaypress.tv,