Rumıniyada hökumət siyasətinə qarşı etirazlar keçirildi
Dünya
23.06.2025 12:28
Rumıniyanın 40 şəhərində hökumətin iqtisadi siyasətinə qarşı kütləvi etiraz aksiyaları baş tutub.
TodayPress TV xəbər verir ki, bu barədə paytaxt Buxarestdə aksiyada müxalifətdə olan Rumınların Birləşməsi Alyansının (AOR) lideri Corc Simion bildirib.
Etirazçılar parlamentdən hökumət binasının yerləşdiyi Viktoriya meydanına yürüş edərək “Rumınların yoxsullaşmasına son” yazılmış pankartlar və müxtəlif şüarlarla çıxış ediblər. Onlar “Azadlıq”, “Vergiləri artırmaq istəmirik”, “Müharibə istəmirik” kimi şüarlar səsləndirib, prezident Nikusor Danı vətənə xəyanətdə ittiham ediblər.
Məlumata görə, prezident Dan və Baş nazir vəzifəsinə namizəd İlie Bolojan ƏDV-nin artırılması ilə bağlı razılığa gəliblər. Bu da vergi faizlərinin bəzi sahələrdə 5-9%-dən 11-13%-ə, bəzən isə 19%-ə qədər yüksəlməsinə səbəb ola bilər.
Türkan İsgəndərli
tag: Rumıniya,Etiraz,Aksiya,Vergi,Todaypress.tv,