Rumıniya hava məkanında reyd apardı

Dünya

06.08.2025 12:31

Rumıniya Hərbi Hava Qüvvələri avqustun 6-na keçən gecə iki F-16 qırıcı təyyarəsini havaya qaldırıb. 

TodayPress TV xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, bu addım milli hava məkanına nəzarət məqsədilə atılıb, lakin icazəsiz müdaxilə qeydə alınmayıb.

Nazirlikdən bildirilib ki, radar sistemləri Ukrayna ilə sərhəddə yerləşən Tulça bölgəsi yaxınlığında Ukrayna hava məkanında hava hədəfləri aşkar edib. Buna səbəb avqustun 5-dən 6-na keçən gecə Rusiya qüvvələrinin Rumıniya sərhədinə yaxın əraziyə PUA-larla (pilotsuz uçuş aparatları) kütləvi hücum həyata keçirməsi olub.

Hadisə zamanı saat 01:10-da əhalinin mobil telefonlarına həyəcan siqnalı göndərilib və sakinlər mümkün təhlükə barədə xəbərdar edilib. F-16 təyyarələri nəzarət uçuşu üçün havaya qalxsa da, Rumıniya ərazisində birbaşa təhlükə və ya hava məkanına müdaxilə müəyyən edilməyib.

Müdafiə Nazirliyi əlavə edib ki, ərazidə yoxlamalar aparılır və vəziyyətlə bağlı NATO müttəfiqləri real vaxtda məlumatlandırılır.

Türkan İsgəndərli

tag: Rumıniya,Hava,Ukrayna,Qırıcı,Todaypress.tv,