"Reuters" Hindistanda bloklandı
Dünya
06.07.2025 11:20
"Reuters" xəbər agentliyinin "X" sosial şəbəkəsindəki hesabı Hindistanda bloklanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "PTI" agentliyi məlumat yayıb.
"X" platformasında "Reuters" səhifəsinə daxil olarkən istifadəçilərə belə mesaj göstərilir: "Hüquqi sorğuya cavab olaraq Hindistanda @Reuters hesabına giriş bloklanıb."
Məlumata görə, Hindistan hökuməti son vaxtlar "Reuters"ə qarşı hər hansı tələbin irəli sürüldüyünü inkar edir və "X" platformasından bu bloklamaya aydınlıq gətirməsini gözləyir.
Məlumatda o da qeyd olunur ki, "Sindoor əməliyyatı" zamanı bir neçə yüz hesabla birlikdə "Reuters"in də bloklanması istənilib. Lakin həmin vaxt "Reuters"in hesabı bağlanmayıb. İndi isə bu bloklamanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Türkan İsgəndərli
tag: Reuters,Hindistan,X,Sindoor əməliyyatı,Todaypress.tv,