Tramp Rusiyaya qarşı sanksiyaları tətbiq edəcək
Dünya
11.07.2025 09:46
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları yalnız ona tam səlahiyyət veriləcəyi təqdirdə tətbiq etməyə hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bildirilir ki, Tramp sanksiyaları istədiyi zaman tətbiq edib ləğv etmək üçün “100% çeviklik” tələb edir. Ağ Ev rəsmisi bildirib ki, əgər bu səlahiyyətlər verilməzsə, Tramp sənədi imzalamayacaq.
Hazırda Tramp, senator Lindsi Qremin Rusiyaya qarşı hazırladığı sanksiyalar paketini nəzərdən keçirir. Qanun layihəsinə əsasən, Ukraynaya dəstək verməyən və Rusiyadan təbii ehtiyatlar alan ölkələrdən idxal olunan mallara 500 faiz gömrük rüsumu tətbiq olunacaq. Bu məhdudiyyətlərin Hindistan və Çinə təsir edə biləcəyi bildirilir.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Sanksiya,Ukrayna,Todaypress.tv,