Qırğızıstanda dövlət dilində danışmaq məcburi olacaq

Dünya

21.05.2025 15:05

3

Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek uulu, ölkədə yaşayan bütün vətəndaşlardan respublikanın yeganə rəsmi dili olan qırğız dilində danışmağı tələb edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Spiker qeyd edib ki, dövlət dili hazırda acınacaqlı vəziyyətdədir və bu, ictimai və siyasi populizmin nəticəsidir:

"Hazırda dövlət dilimiz acınacaqlı vəziyyətdədir. Bu vəziyyət ona görə yaranıb ki, biz populistləşib, müvəqqəti xallar qazanırıq. Qırğızıstanda yaşayıb-işlədiyimiz üçün hər birimiz qırğız dilini bilməliyik, başqa heç nə yoxdur"

O əlavə edib ki, parlament üzvləri dövlət dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləməlidirlər. Spikerin fikrincə, bu məsələ strateji əhəmiyyət daşıyır və bir çox ölkələrdə artıq uşaq bağçası səviyyəsindən dövlət dilini bilmək məcburi sayılır.

Türkan İsgəndərli

tag: Qırğızıstan,Dil,Parlament,Spiker,todaypress.tv,