İsrail 20 girova qarşı 1950 fələstinlini azad edəcək

Dünya

09.10.2025 12:08

İsrail 20 sağ girovu müqabilində təxminən 1950 fələstinli məhbusu azad edəcək.

Onların arasında ömürlük həbs cəzası almış 250 nəfər və müharibənin başlanğıcından bəri həbsdə olan 1700 nəfər var.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "AFP HƏMAS"-ın yüksək vəzifəli nümayəndəsi məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, mübadilə razılaşmasının icrası razılaşmadan 72 saat sonra həyata keçiriləcək və digər fələstinli qruplarla da razılaşdırılıb.

Razılaşmaya görə, atəşkəsin ilk beş günü Qəzzaya gündəlik minimum 400 yük maşını yardım göndəriləcək və sonrakı günlərdə bu say artırılacaq. Həmçinin razılaşma qüvvəyə mindikdən sonra Qəzzanın cənubundan köçkünlərin şəhərə və şimala qayıdışına dərhal icazə veriləcək.

Jalə Rövşən

TodayPress TV

tag: AFP HƏMAS,İsrail,Qəzza,Girov,Todaypress.tv,