Şahbaz Şərif Türkiyə, İran və Azərbaycana təcili səfər edəcək

Dünya

22.05.2025 18:44

Pakistanın Baş naziri Şahbaz Şərif, Hindistanla artan gərginlik fonunda Türkiyə, İran və Azərbaycana səfər etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "dailytimes" məlumat yayıb.

Səfərin məqsədi diplomatik əlaqələri gücləndirmək və Pakistanı dəstəkləyən ölkələrlə əməkdaşlığı artırmaqdır.

Bu ölkələr son hadisələrdə Pakistanı dəstəkləyib.

Baş nazir bu ölkələrin rəhbərləri ilə görüşərək qarşıdurma zamanı göstərilən dəstəyə görə təşəkkürünü bildirəcək.

Qeyd edək ki, səfər Hindistanın Hind Suları Müqaviləsini pozması və Pahalqam hadisəsi ilə bağlı Pakistanı günahlandırmasından sonra baş tutur. Pakistan cavab olaraq “Bunyan Marsous” əməliyyatına başlayıb və Hindistanın hərbi hədəflərini vurub.

Türkiyə və Azərbaycan Hindistandakı bəzi ekstremist qrupların boykot çağırışlarına məhəl qoymayaraq Pakistana dəstək veriblər. Çox sayda hindistanlı turist isə bu ölkələrə səyahətlərini ləğv edib.

Baş nazirin səfərində təhlükəsizlik, ticarət və uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə ediləcək. 

Türkan İsgəndərli

tag: Hindistan,Pakistan,Azərbaycan,Türkiyə,todaypress.tv,