Qəzzada aclıqdan ölənlərin sayı artır

Dünya

01.09.2025 14:09

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi aclıq və qida çatışmazlığı ilə bağlı son vəziyyəti açıqlayıb. 

TodayPress TV xəbər verir ki, son 24 saatda daha 9 nəfər, o cümlədən 3 uşaq aclıqdan həyatını itirib. 

Bununla da 2023-cü il oktyabrın 7-dən bu yana aclıqdan ölənlərin ümumi sayı 127-si uşaq olmaqla, 348 nəfərə çatıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) tərəfindən 22 avqustda yayımlanan hesabatda Qəzzada rəsmi olaraq "aclıq" elan edilib. Bu tarixdən bəri 12-si uşaq olmaqla 70 nəfər aclıq və qida çatışmazlığından ölüb.

Hesabatda qeyd olunur ki, 15 avqust 2025-ci il tarixinə olan sübutlar Qəzza şəhərində vəziyyətin aclığın ən yüksək – 5-ci səviyyəsinə, yəni ‘fəlakət’ səviyyəsinə çatdığını göstərir.

Bəyanatda əlavə olunur ki, yarım milyondan çox insan aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üz-üzədir.

Türkan İsgəndərli

tag: Qəzza,Fələstin,Qida,Aclıq,Todaypress.tv,