Qazaxıstanda yeni xarici işlər naziri təyin olundu

Dünya

26.09.2025 09:53

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleunu xarici işlər naziri vəzifəsindən azad edib. Onun yerinə Yermek Koşerbayev bu vəzifəyə təyin olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Murat Nurtleu Prezidentin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, sentyabrın əvvəlində Nurtleunun həbs olunması ilə bağlı mediada xəbərlər yayılmışdı, lakin bu məlumat sonradan təkzib olunub.

Yeni nazir Yermek Koşerbayev diplomatik karyerasına Qazaxıstan SSR Xarici İşlər Nazirliyində başlayıb. O, müxtəlif dövrlərdə Qazaxıstanın Rusiya səfiri, Şərqi Qazaxıstan vilayətinin rəhbəri və Baş nazirin müavini vəzifələrində çalışıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tokayev,Qazaxıstan,XİN,Vəzifə,Todaypress.tv,