Avropa Rusiya qazı və neftindən imtina etməyi planlaşdırır

Dünya

17.06.2025 17:34

Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan təbii qaz və neft idxalının mərhələli şəkildə dayandırılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə qanunvericilik təklifi iyunun 17-də Fransanın Strasburq şəhərində təqdim olunub.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Rusiya enerji resurslarından dəfələrlə Avropa İttifaqına (Aİ) təzyiq vasitəsi kimi istifadə edib və bu səbəbdən ittifaq rus enerji asılılığından qurtulmalıdır.

Komissiya təklifin Aİ və üzv ölkələrin enerji təhlükəsizliyini təmin edəcək şəkildə hazırlandığını da vurğulayıb. Məqsəd həm təhlükəsizlik risklərini azaltmaq, həm də Aİ-nin enerji sahəsində özünütəminetmə qabiliyyətini artırmaqdır.

Töhfə Səməd

tag: Avropa Komissiyası ,Avropa İttifaqı,Ursula fon der Lyayen,todaypress.tv,