Qazaxıstan Prezidenti konstitusiya dəyişikliklərini açıqladı
Dünya
14.10.2025 14:48
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə Konstitusiyasına 40 maddə üzrə dəyişiklik ediləcəyini bildirib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, bu dəyişikliklər islahatların mühüm mərhələsidir və yeni Konstitusiyanın qəbuluna bərabər əhəmiyyət daşıyır.
Tokayev qeyd edib ki, dəyişikliklərdən sonra ən azı 10 konstitusiya qanunu və 50-dən çox qanun və məcəllə yenidən işlənməlidir.
Dövlət başçısı həmçinin parlamentin birpalatalı olması təklifini irəli sürüb və bunun 2027-ci ildə referendum yolu ilə həll oluna biləcəyini vurğulayıb.
Tokayev avqust ayında bəyan etmişdi ki, Qazaxıstanda artıq “ailə-klan sistemi” yoxdur və aparılan islahatlar nəticəsində qanun və qaydaya hörmət ölkədə əsas prinsipə çevrilib.
Jalə Rövşən
tag: Qazaxıstan,Kasım-Jomart Tokayev,Konstitusiya, “ailə-klan sistemi”,Todaypress.tv,
