Qallantdan İran liderinə təhdid: "Gördüyümüzü vuracağıq"

Dünya

11.07.2025 13:27

İsrailin müdafiə naziri Yoav Qallant İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə ünvanladığı açıq məktubu sosial media hesabında paylaşaraq, Tehran rəhbərliyinə qarşı sərt xəbərdarlıqlar edib.

TodayPress TV xəbər verir ki, məktubda yazılır ki, İran İsraili “vəkil güclər” vasitəsilə mühasirəyə almağa çalışsa da, buna tam nail ola bilməyib. 

Qallant xüsusilə İranın dəstəklədiyi Hizbullahın 7 oktyabr 2023-cü ildən sonra İsraillə HƏMAS arasında baş verən toqquşmalara qoşulmaq istədiyini, lakin keçmiş baş katib Həsən Nəsrullahın bu addım üçün Xameneidən icazə istədiyini və İran liderinin bunu rədd etdiyini iddia edib.

Nazir İranın İsraildən 60 dəfə böyük əraziyə və 90 milyonluq əhaliyə sahib olduğunu qeyd etsə də, Tehran rəhbərliyinin qarşısında asan seçimlər olmadığını bildirib.

Türkan İsgəndərli

tag: İran,İsrail,Xamenei,Qallant,Todaypress.tv,