Putinin Macarıstana səfəri riskli qiymətləndirilir
Dünya
18.10.2025 16:45
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Macarıstana səfər edəcək, lakin bu səfər bir sıra çətinliklərlə müşayiət oluna bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Nəşrin məlumatına görə, Macarıstan coğrafi və siyasi baxımdan görüş üçün əlverişli olsa da, Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbs olunması barədə orderi səfəri riskli edir.
Həmçinin Macarıstan rəsmi olaraq bu qurumu “siyasi məhkəmə” hesab edərək çıxma prosesinə başlayıb, bu isə görüşün mümkünlüyünü təmin edir.
Lakin Putinin Budapeştə birbaşa uçuşu Polşa, Rumıniya və Baltik ölkələri kimi Rusiya ilə gərgin münasibətləri olan ölkələrin hava məkanından keçməli olacaq ki, bu da təyyarənin məcburi endirilməsi və ya diplomatik insident riskini artırır.
Jalə Rövşən
tag: Vladimir Putin,Rusiya,Donald Tramp,Macarıstan ,Todaypress.tv,
