Putin Emomali Rəhmonla danışdı
Dünya
10.08.2025 14:00
Rusiya Prezidenti Vladimir Putin Tacikistan lideri Emomali Rəhmonla telefon danışığında Rusiya və ABŞ arasında aparılan danışıqlar prosesinin nəticələri barədə məlumat verib.
TodayPress TV xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya prezidenti ABŞ ilə danışıqlar prosesinin əsas nəticələri barədə məlumat verdi. Emomali Rəhmon göstərilən məlumata görə minnətdarlığını bildirib və Ukrayna böhranının siyasi-diplomatik yollarla həlli üzrə səyləri dəstəkləyib”, – Tacikistan prezidentinin saytında dərc olunan açıqlamada qeyd olunur.
Bildirilib ki, tərəflər Tacikistan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yönəlmiş birgə tədbirləri davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
“Dövlət başçıları həmçinin qarşıdakı yüksək səviyyəli görüşlərin ikitərəfli və çoxtərəfli formatda keçirilməsi qrafikini müzakirə ediblər”, – mətbuat xidməti əlavə edib.
tag: Putin ,Tacikistan,Rusiya ,ABŞ,