Fransada muzeydən 2000 sikkə oğurlandı
Dünya
23.10.2025 11:00
Fransada Langres şəhərindəki Deni Didro Maarifçilik Evi Muzeyindən 18-19-cu əsrlərə aid təxminən 2000 sikkə oğurlanıb.
TodayPress TV bu barədə Fransa KİV-ə istinadən xəbər verir.
Məlumata görə, oğrular yalnız qiymətli sikkələri hədəf alıblar; oğurluq zamanı 1633 gümüş və 319 qızıl sikkə götürülüb. Məbləğ təxminən 90 min avro qiymətindədir.
Hadisə Luvr Muzeyindəki 88 milyon avro dəyərində daş-qaş oğurluğundan bir neçə gün sonra baş verib. Muzey müvəqqəti bağlanıb, təhlükəsizlik sistemləri yenilənir və gecə mühafizəsi üçün özəl firma cəlb edilib.
Fransada son həftələrdə bir neçə böyük muzey oğurluğu baş verib, bu da mədəni irsin qorunması ilə bağlı təhlükəsizlik tədbirlərinə yenidən diqqət çəkib. Siyasi fiqurlar hadisəyə sərt reaksiya verərək məsul şəxslərin istefasını tələb ediblər.
Qeyd olunub ki, Mədəniyyət Nazirliyi ümummilli araşdırma aparacaq.
Jalə Rövşən
tag: Fransa,Deni Didro Maarifçilik Evi Muzeyi,Oğurluq,Langres,Todaypress.tv,
