Polşa Baltik dənizini dünyanın ən təhlükəli dənizi adlandırdı

Dünya

22.05.2025 09:13

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Baltik dənizi hazırda dünyanın ən təhlükəli dənizi hesab olunur. O, bölgədə hökm sürən “anarxiya”nı, eləcə də sualtı kabellər və digər infrastruktur obyektləri ilə bağlı artan insidentləri əsas səbəb kimi göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə “Polska Agencja Prasowa” məlumat yayıb.

“Dənizlərdə, xüsusilə də Baltikdə müşahidə olunan bu anarxiya, yəni "rahat bayraqlar" altında üzən və ya ümumiyyətlə bayraqsız gəmilərlə bağlı vəziyyət dəyişməlidir. Gəmilərin də təyyarələr kimi sahibləri olmalı, onları idarə edən dövlətlər məsuliyyət daşımalıdır. Hazırda Baltik dənizi dünyanın ən təhlükəli dənizinə çevrilib” deyə nazir qeyd edib.

Sikorski əlavə edib ki, baş verən insidentlər təsadüfi qəza da sayılsa, onların sayı artıq çoxdur. Onun sözlərinə görə, belə hadisələrin nəticələrinin aradan qaldırılması çox böyük maliyyət tələb edir.

Qiymət Mahir

tag: Polşa ,Baltik,Radoslav Sikorski,Dəniz,todaypress.tv,