Peskov: "Rusiya atəşkəs şərtlərinin siyahısını hazırlayıb Ukraynaya göndərəcək"

Dünya

17.05.2025 12:56

6

Rusiya atəşkəs üçün şərtlərin siyahısını hazırlayıb Ukrayna tərəfinə təqdim edəcək.

TodayPress TV xəbər verir ki, bunu "TASS"ın sualını cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəli, doğrudur, atəşkəs üçün şərtlər siyahısının mübadiləsi barədə razılıq əldə olunub. Hazırda işlər davam edir. Rusiya tərəfi öz siyahısını hazırlayacaq və onu Ukrayna tərəfinə təqdim edəcək. Siyahılar qarşılıqlı şəkildə paylaşılacaq” deyə Kremlin sözçüsü bildirib.

Peskov vurğulayıb ki, danışıqlar qapalı formatda aparılmalı və məxfiliyə riayət olunmalıdır:

“Həmin sənəddə konkret nələrin əks olunacağı barədə indidən danışmaq düzgün olmazdı. Danışıqlar aparılır və bu proses məxfi qalmalıdır”.

Kreml rəsmisindən həmçinin soruşulub ki, hazırlanacaq sənədin əsasını 2022-ci ildə İstanbulda keçirilən danışıqlar zamanı əldə olunan razılaşmalar təşkil edəcəkmi və bu razılaşmalar indiki vəziyyətə uyğunlaşdırılacaqmı. Peskov bu suala birbaşa cavab verməsə də, danışıqların “real vəziyyət” əsasında aparıldığını qeyd edib.

Töhfə Səməd

tag: Rusiya , Dmitri Peskov,Ukrayna ,todaypress.tv,