İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini hazırlayır
Dünya
12.07.2025 17:15
İtaliya hökuməti Ukraynaya 12-ci hərbi yardım paketini təqdim etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə "Sole24Ore" maliyyə və biznes qəzeti məlumat yayıb.
Bildirilir ki, İtaliya Ukraynanın mülki rəqəmsal infrastrukturunu qorumaq üçün kibermüdafiə sahəsinə 1 milyon avro ayırmağı öhdəsinə götürüb. Yeni yardım paketinin tam tərkibi hələ müzakirə olunur.
Qəzetin yazdığına görə, bu yardım paketi İtaliyanın müdafiə ehtiyatlarına da təsir göstərə və silah ehtiyatlarını azalda bilər.
Bundan əvvəl Avropa ölkələri də Ukraynaya müxtəlif silah və texnika göndərməyə davam ediblər. Avstraliya Ukraynaya 59 ədəd "M1A1 Abrams" tankı təqdim edib.
Belçika isə 1 milyard avro dəyərində 20 hava hücumundan müdafiə sistemi, 16 min atıcı silah və zirehli texnika göndərib. İtaliya 155 mm-lik mərmilər, "400 M113" zirehli texnika və "SAMP-T" hava hücumundan müdafiə raket sistemləri ilə yardım göstərir.
Polşa isə Sovet istehsalı "MiQ-29" qırıcılarını verməyə və ordusunu gücləndirməyə yönəlib.
Türkan İsgəndərli
tag: İtaliya,Ukrayna,Hərbi yardım,Silah,Todaypress.tv,