Finlandiyada prezidentin çıxışı təəccüb doğurdu
Dünya
01.08.2025 12:30
Finlandiyanın prezidenti Aleksandr Stubbın Fələstin dövlətini tanımağa hazır olduğunu bildirməsi hakim koalisiya partiyalarında narahatlıq yaradıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
Prezident bildirib ki, əgər hökumət təklif edərsə, Fələstin dövlətini tanımağa hazırdır. Lakin hakim Xristian Demokratlar və Finlər Partiyası, hökumətin Fələstini dəstəkləyən bəyanatında iştirak etsələr də, dövlətin tanınmasına qarşıdır.
Xristian Demokratlar Partiyasından Paivi Rasanen və Finlər Partiyasından Jani Makela, prezidentin açıqlamasına təəccüb etdiklərini bildiriblər.
Onlar hesab edir ki, Finlandiyada xarici siyasət daxili siyasi mübahisələr üçün alət olmamalıdır.
Rasanen qeyd edib ki, Fələstin dövlətinin tanınması üçün real sülh perspektivləri yoxdur və belə bir addım yalnız hökumət təklifi ilə prezident tərəfindən atıla bilər.
Xatırladaq ki, Finlandiya və Danimarka, Fələstini tanımayan yeganə Şimali Avropa ölkələridir.
Aysel Mətləb
tag: Finlandiya,Aleksandr Stubb,Fələstin,Todaypress.tv,