Nikolay Baskov:"Hakimiyyətdə olanın ailəsi olmalıdır."
Dünya
11.10.2025 13:45
Müğənni Nikolay Baskov böyük siyasətə girməyi planlaşdırdığı üçün həyat yoldaşı axtarır.
TodayPress TV “Svita Korolya” "Telegram" kanalına istinadən xəbər verir ki, Baskov yeni statusunda həyat yoldaşı olmadan ictimaiyyət qarşısına çıxmaqdan narahat olacaq.
İnsayderin sözlərinə görə, müğənninin gələcək həyat yoldaşı nüfuzlu ailədən olmalı, qonaqları ləyaqətlə qəbul etməyi bilməli və ictimai ədəb-ərkan sahibi olmalıdır.
Qeyd edək ki, Baskovun ilk və yeganə evliliyi 2001-ci ildə prodüser Boris Şpigelin qızı Svetlana Şpigellə olub, cütlüyün 2006-cı ildə Bronislav adlı bir oğlu dünyaya gəlib, lakin 2008-ci ildə boşanıblar.
Xatırladaq ki, müğənni əvvəllər də səxavətli pərəstişkar axtarışı ilə gündəmə gəlmişdi.
Jalə Rövşən
tag: Nikolay Baskov,Siyasət,Ailə,Həyat yoldaşı,Todaypress.tv,
