Ekspert Aİ-nin niyə Rusiyaya ciddi ziyan vura bilmədiyini izah edir

Dünya

21.05.2025 16:21

3

“Avropa İttifaqı Rusiyaya ciddi iqtisadi təzyiq göstərmək istəyirsə, Hindistan və Çinə qarşı da ikincili sanksiyalar tətbiq etməli olacaq. Bu isə Moskvanın neft və digər xammal üçün əsas bazarlarından məhrum edilməsi deməkdir. Lakin bu addımın Brüssel üçün ciddi və gözlənilməz nəticələr doğuracağı istisna edilmir”.

TodayPress TV xəbər verir ki, bu barədə “Tsargrad.tv” ilə söhbətində “F-Broker” şirkətinin analitika üzrə rəhbəri Aleksandr Timofeyev bildirib.

“Belə bir dönüşün nəticələri hələ tam aydın deyil. Üstəlik, xatırladım ki, “Lukoil” dünya neft bazarının təxminən 2 faizinə nəzarət edir. Belə bir həcmdə enerji təchizatçısına qarşı sanksiya tətbiq olunarsa, bazarda nə baş verəcəyi bəlli deyil. Bu, olduqca risklidir” deyə ekspert qeyd edib.

Timofeyev əlavə edib ki, Hindistan və Çin Avropa İttifaqının sanksiyalarını heç cür tanımaya bilər. Bu isə Brüssel üçün ciddi iqtisadi və geosiyasi zərbə ola bilər.

Qiymət Mahir

tag: Ekspert,Aİ,Rusiya,Ziyan,Todaypress.tv,