Nikola Sarkozi cinayətdə təqsirli bilindi

Dünya

25.09.2025 14:12

Paris məhkəməsi Fransanın keçmiş Prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı cinayət işində təqsirli bilib.

TodayPress TV "France 24" ə istinadən xəbər verir ki, Sarkozi Liviya lideri Müəmmər Qəddafidən qanunsuz kampaniya vəsaiti almağa cəhd etməkdə ittiham olunur.

Prokurorlar bildirirlər ki, Sarkozi 2005-ci ildə beynəlxalq dəstək müqabilində seçki kampaniyasının maliyyələşdirilməsini təmin etmək üçün Qəddafi ilə müqavilə bağlayıb.

Keçmiş prezident əvvəllər passiv korrupsiya, kampaniyanın qanunsuz maliyyələşdirilməsi və Liviya dövlət vəsaitlərinin gizlədilməsi ittihamları ilə üzləşmişdi.

Sarkozi isə maddi sübut olmadan ittiham olunduğunu bildirib.

Bildiririk ki, 2011-ci ildə Liviya Sarkozinin Qəddafidən pul aldığını iddia etmişdi. Qəddafinin oğlu Seyf əl-İslam “Euronews” telekanalına verdiyi müsahibədə həmin vaxtkı prezidentdən maliyyə yardımı aldığını etiraf etməsini tələb etmişdi.

Qeyd edək ki, bundan əvvəl Sarkozi Avropanın Rusiyanı əsas düşməni hesab etməsini “tarixi səhv” adlandırmışdı.

Jalə Rövşən

TodayPress TV

tag: Nikola Sarkozi,Cinayət,Korrupsiya,Fransa,Todaypress.tv,