Netanyahu İsrailin planlarını açıqladı - YENİLƏNDİ
Dünya
17.07.2025 18:56
“İsrail Dəməşqin cənubundan Druz dağlarına qədər olan zonanın tam silahsızlaşdırılmasına yönəlmiş aydın siyasət yürüdür”.
TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahu İsrailin Suriya ilə sərhəddə Colan təpələrindən Druz dağları bölgəsinə qədər təhlükəsiz zona yaratmaq strategiyasını vurğulayıb.
Baş nazirin sözlərinə görə, sülh və təhlükəsizlik fəal tədbirlərlə təmin edilir:
“Sülh güclə əldə edilir, sakitlik güclə qorunur, təhlükəsizlik güclə təmin edilir”.
Bundan əlavə, Netanyahu vurğulayıb ki, demilitarizasiya kampaniyasının mühüm aspekti Druz dağları ərazisində yaşayan yerli əhalinin maraqlarının qorunmasıdır ki, bu da sabitlik və region sakinlərinin müdafiəsini təmin edir.
Nicat Osman
tag: Netanyahu,İsrail,Plan,Açıqlama,Todaypress.tv,