NATO gəmiləri pilotsuz təyyarələrlə əvəz oluna bilər

Dünya

03.06.2025 15:09

NATO Baltik dənizində patrulluq edən və sualtı infrastrukturu mühafizə edən Baltik Keşikçiləri əməliyyatını dayandırmağa və sularda yerləşdirilən gəmiləri dronlarla əvəz etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, əməliyyat yanvar ayında Baltik dənizinin dibində sualtı kabellərin zədələnməsi ilə bağlı bir sıra insidentlərdən sonra başlayıb.   

NATO baş katibinin innovasiyalar, hibrid texnologiyalar və kibertəhlükəsizlik üzrə köməkçisi Jean-Charles Ellermann-Kingombe əməliyyatın baha başa gəldiyini və resurs tutumlu olduğunu söyləyib.   

Ellermann-Kingombe bildirib ki, alyans iyun ayında Baltik dənizinə 60-80 dəniz pilotsuz təyyarəsi yerləşdirəcək.

Qeyd edək ki, may ayında Polşanın Baş naziri Donald Tusk Baltik dənizinin gələcəkdə “daimi qarşıdurma” məkanına çevrilə biləcəyini demişdi.   

Nicat Osman

tag: NATO,Gəmi,PUA,Təchiz,Todaypress.tv,