"NASA" Ayda nüvə reaktoru yerləşdirməyə hazırlaşır

Dünya

05.08.2025 11:59

"NASA" Ayda nüvə reaktoru yerləşdirməyi planlaşdırır və bu istiqamətdə böyük bir layihəni ictimaiyyətə açıqlamağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Politico” nəşri müəyyən sənədlər əldə edib.  

Məlumata görə, ABŞ nəqliyyat naziri və "NASA"nın müvəqqəti direktoru Şon Daffinin bu həftə layihəni rəsmi şəkildə təqdim edəcəyi gözlənilir. Layihə çərçivəsində inşa olunacaq və sonradan Aya göndəriləcək nüvə reaktorunun 100 kilovat gücündə olması planlaşdırılır. Cihazın 2030-cu ilə qədər kosmosa göndərilməsi nəzərdə tutulur.

Adının açıqlanmasını istəməyən yüksək vəzifəli "NASA" rəsmisi isə “Politico”ya bildirib ki, ABŞ bu təşəbbüslə ikinci “kosmik yarış”ı qazanmağı qarşısına məqsəd qoyub.

Layihə sənədlərində qeyd olunub ki, Ayda nüvə reaktoru yerləşdirəcək ilk ölkə həmin ərazini “qadağan edilmiş zona” elan edərək ABŞ-nin fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdıra bilər.

Töhfə Səməd

tag: NASA,Ay,Nüvə,Reaktor,Todaypress.tv,