Myanmada prezident səlahiyyətlərini icra edən şəxs vəfat etdi

Dünya

07.08.2025 09:00

Myanmanın prezident səlahiyyətlərini icra edən Myint Sve səhər saatlarında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə və Təhlükəsizlik Milli Şurasının mətbuat xidməti məlumat yayıb.

24 iyun 1951-ci il təvəllüdlü Myin Şve hərbi karyerasından sonra ölkənin əsas siyasi fiqurlarından birinə çevrilib. 1971-ci ildə Müdafiə Xidmətləri Akademiyasını bitirib, daha sonra 11-ci yüngül piyada diviziyasının komandiri vəzifəsinə qədər yüksələrək briqada generalı rütbəsini alıb.

2000-ci illərin əvvəlində o, hərbi təhlükəsizlik sahəsinə rəhbərlik edib, 2006-cı ildə isə Xüsusi Əməliyyatlar üzrə Beşinci Büroya başçılıq təyin olunub. 2011–2016-cı illərdə Yanqon Regionunun regional hökumətinin rəhbəri olub, ardından Myanmanın vitse-prezidenti postunu tutub.

2018-ci ildə ölkə prezidenti Txin Çxo istefa verdikdən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq Myin Şve icra etməyə başlamışdı.

Qiymət Mahir

tag: Myanma, Myin Şve,Dünya,Vəfat,Todaypress.tv,