Papa XIV Leonun evi satıldı
Dünya
11.07.2025 17:03
ABŞ-nin İllinoys ştatının Dolton şəhərində yerli hakimiyyət orqanları yeni seçilmiş Papa XIV Leonun uşaqlıq illərini keçirdiyi evi 375 min dollara alıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Çikaqo şəhərindən 20 mil cənubda yerləşən, üç yataq otaqlı və iki vanna otaqlı ev orijinal satış qiymətindən 70% baha qiymətə satılıb. Ev yanvar ayında 66 min dollara alınaraq təmir edilib və 219 min dollara satışa çıxarılıb.
Dolton şəhəri bildirib ki, bu tarixi mülkü əldə etməkdə məqsəd, onu yerli ictimaiyyət üçün mənalı və dəyərli bir irs obyektinə çevirməkdir. Şəhərdə orta ev qiyməti 177 min dollar təşkil edir.
Xatırladaq ki, Papa XIV Leo mayın 8-də keçirilən konklavda Müqəddəs Pyotr taxtına seçilib. Əsl adı Robert Frensis Prevost olan XIV Leo, ABŞ də doğulan və uzun illər Peruda missioner kimi fəaliyyət göstərən ilk amerikalı papadır. O, atası tərəfdən amerikalı, anası tərəfindən isə Fransa və İspaniya əsilli mühacir ailəsindən gəlir.
Türkan İsgəndərli
tag: ABŞ,Papa,Ev,Roma,Todaypress.tv,