Modi: "Rusiya ilə ən çətin şəraitdə belə çiyin-çiyinə addımlayırıq"
Dünya
01.09.2025 12:09
"Hindistan və Rusiya hətta ən çətin şəraitdə belə çiyin-çiyinə addımlayıblar".
TodayPress TV xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi bunu Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
“Yaxın əməkdaşlığımız yalnız ölkələrimizin xalqları üçün deyil, həm də qlobal sülh, sabitlik və rifah üçün böyük əhəmiyyət daşıyır”.
Modi həmçinin Ukraynada davam edən münaqişəyə toxunaraq bildirib ki, Hindistan bu məsələni daim diqqətdə saxlayır, müzakirə edir:
"Sülh istiqamətində atılan bütün son təşəbbüsləri alqışlayırıq və ümid edirik ki, bütün tərəflər konstruktiv mövqe sərgiləyəcək. Münaqişəyə ən qısa zamanda son qoymaq və davamlı sülhə nail olmaq üçün yol tapılmalıdır. Bu, bütün bəşəriyyətin çağırışıdır”.
Modi çıxışının sonunda Rusiya tərəfinə təşəkkürünü ifadə edib.
Töhfə Səməd
tag: Hindistan ,Rusiya, Narendra Modi ,Vladimir Putin,Todaypress.tv,