Məşhur türkiyəli jurnalist Fateh Altaylı məhkəmə qarşısına çıxdı
Dünya
03.10.2025 16:46
Türkiyəli məşhur jurnalist Fateh Altaylı “Prezidentə qarşı təhdid xarakterli ifadələr işlətməkdə” ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Altaylı barəsində 5 ildən az olmamaqla həbs cəzası tələbi irəli sürülüb.
Bu gün keçirilən ilk məhkəmə iclasında məhkəmə onun həbsdə saxlanılmasına qərar verib.
Qeyd edək ki, növbəti məhkəmə prosesi noyabrın 26-da davam etdiriləcək.
Jalə Rövşən
tag: Fateh Altaylı,Məhkəmə,TodayPressTV,
